Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ” “Gent”in qonağı olacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin yekununda “Qarabağ” Belçikada “Gent”lə qarşılaşacaq.

RegionTV.info  xəbər verir ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

“Gelamko Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Uilyam Kollam olacaq. Onu Frensis Konnor və David Rum müşaiyət edəcəklər.

“Köhlən atlar” iki oyunun nəticəsilə qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə yüksələcək.

Qeyd edək ki, hazırda “Qarabağ” meydana ciddi itkilərlə çıxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin isə yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə iştirak ərizəsinə salınmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də