RegionTV.info
Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti episentrdə təkanın gücünün 6,3 bal olduğunu bildriib.
Tələfat və dağıntı yoxdur.
“İrkutsk vilayətində saat 07:06-da (Bakı vaxtı ilə 03:06) Alıqdjer kəndindən 21 kilometr aralıda yerləşən Nijneudinski rayonunda seysmik hadisə qeydə alınıb. Episentrdə 6,3 bal. Tələfat və dağıntı yoxdur. İnfrastruktur obyektləri normal işləyir”, - deyə məlumatda bildirilir.
Seysmoloqların məlumatına görə, maqnituda 4,5 olub.
Nijneudinski rayonu İrkutsk vilayətinin qərbində, Tıva Respublikası və Krasnoyarsk diyarı ilə sərhəddə yerləşir.