Terrorçulardan kəndə DƏHŞƏTLİ HÜCUM: çoxlu sayda ÖLÜ VƏ YARALI VAR
Nigerin qərbində iki kəndə silahlıların hücumları nəticəsində təxminən 100 nəfər ölüb.
Region.Tv.İnfo “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tondikivindi kommunasının rəhbəri Almu Hassan bildirib.
Bundan bir qədər əvvəl agentliyin bir hərbi mənbəyə istinadən verdiyi məlumata görə, şənbə günü Nigerin qərbində naməlum silahlıların hücumu nəticəsində azı 58 mülki şəxs öldürülüb. Hücum Mali ilə sərhəd yaxınlığında qeydə alınıb.
“Çoma Banqu kəndində 70-dək, Zarumadareyedə isə 30 nəfər öldürülüb. 75 nəfər də yaralanıb”, - deyə Hassan “France Presse” agentliyinə bildirib.
Məlumata görə, hücuma məruz qalan kəndlər Nigerin paytaxtı Niameydən 120 kilometr şimalda yerləşir.
Hücum ölkədə prezident seçkilərinin birinci turunun ilkin nəticələrinin açıqlandığı gün baş verib. Həm nəticələrə əsasən, XİN-in keçmiş rəhbəri, daha sonra Nigerin daxili işlər və təhlükəsizlik naziri 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Seçkilərin ikinci turunun fevral ayında baş tutacağı deyilir.(APA)