Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdən sonra dağıntılar altından 1 874 uşaq çıxarılıb.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.
Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicəsi nazirliyin nəzarəti altında davam etdirilir.
Həmçinin o da qeyd olunur ki, xilas edilən 1 768 uşağın kimliyi bilinsə də, 106 balacanın şəxsiyyəti hələ də naməlumdur.