Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəmkirçay su anbarı işbazların qazanc mənbəyinə çevirilib -Bəs Mühavizə Polisi hara baxır?- VİDEOFAKT

RegionTV.info

Şəmkirçay su anbarının mühafizəsi necə təşkil olunur?

Azərbaycanda su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı kifayət qədər qanunvericilik aktları olsa da, dövlətin istifadəsində olan Şəmkirçay su anbarı bir qurup işbazların biznes mənbəyinə çevirilib desək yanılmayın.Bəli, bu əslində belədir.

Bu haqda Şəmkir sakinləri tərəfindən videofakt göndərilib.

Sakinlər qeyd edirlər ki,2014-cü il Noyabrın 15-də istifadəyə verilən Şəmkirçay üzərində qurulmuş olan dəryaça bu gün müxtəlif cinsli balıqlarla daha da zənginləşib.Bu su anbarının bioloji resursları hazırda bir qurup şəxs və şəxslər tərəfindən məhv edilir.

Belə ki, su anbarına pulla buraxılan işbazların motorlu katerləri hər gün kütləvi surətdə balıqları məhv etməklə özlərinə pul qazanırlar.Amma bunlara mühavizəçilər tərəfindən “gözün üstə qaşın var” deyən olmur”.

Halbuki sözügedən su anbarının mühafizəsinin təşkili Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsin Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin üzərinə düşür.İçməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi strateji vəzifə sayıldığından Qanunvericiliyə görə, su anbarlarında baş verəcək hər hansı neqativ hadisəyə görə, həmin anbarlara cavabdeh qurumlar qanunvericiliklə məsuliyyət daşıyırlar.

Redaksiyamıza göndərilən videofaktı su anbarının ərazisini müşahidə edən nəzarət kameralarına baxmaqlada sübut etmək olar.

Səsləndirilən iddia ilə bağlı maraqlı trərəflərin də mövqelərini işıqlandıra bilərik.

2023-cü il  Fevralın  18-də dəryaçadan çəkilmiş olan videofaktı təqdim edirik:

 Dünyanınsəsi.Az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də