RegionTV.info
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 22 Fevral-Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivini qəbul edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 22 Fevral-Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivini qəbul edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Aqil Vəliyev ilə birlikdə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xalqımızın Ümumilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək, hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev kollektivi peşə bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandanın dəmir iradəsinin, ordumuzun rəşadəti və xalqımızın milli birliyi sayəsində 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanıldı.Digər işğal altında olan rayonlarımız kimi, Kəlbəcər rayonuda düşmən tapdağından azad edildi. Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivini üzərinə böyük məsuliyyət və şərəfli iş düşdü.Beləki çətin hava şəratinin, dağlıq relyefin hökm sürdüyü Kəlbəcər rayonunda “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi əsl əzimkarlıq və peşakarlıq göstərək mürəkkəb dağ yollarının açılmasında, metrlərlə yollarda yığılıb qalan qar ötrüyünün təmizlənməsində, ön cəbhədə yerləşən bölmələrdə xidmət aparan qardaşlarımızın təminat yollarının açılmasında, onların mütamadi olaraq təmizlənməsində, həyatı əhəmiyyət kəsb edən Murov dağının keçilməz yollarının daima açıq saxlanılmasında fədakarlıq nümayiş etdirmişdirlər.
Bu gündə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi qış ayları olmasına baxmayaraq Respublika əhəmiyyətli 128 km, yerli əhəmiyyətli 373 km olmaqla ümumilikdə 501 km yola uğurla xidmət edirlər.Rayon rəhbəri kollektivi təbrikl edərək, iş və şəxsi həyatlarında uğurlar arzulamış, daima yollarının açıq olmasını vurğulamışdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Aqil Vəliyev kollektivə göstərdiyi diqqətə görə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, bundan sonrada kollektiv öz işlərinin öhdəsindən layiqincə gələrək, dövlətimizə və xalqımıza xidmət edəcəkdir.
Tədbirin sonunda bir qrup Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarına Kəlbəcər rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilmişdir.
Q eyd edək ki, İşğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Aqil Vəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
Fərmanlar Aqil Vəliyevə Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq quraraq şəxsi heyətin döyüş ruhunun yüksəldilməsində göstərdiyi mənəvi dəstəyə və Ordunun yüksək səviyyədə təbliğ olunmasında fəal iştirak etdiyinə görə 8 Noyabr – “Zəfər Günü”nün ikinci ildönümü münasibətilə, həmçinin mətbuat sahəsinin inkişaf etdirilməsində, Azərbaycan Ordusunun yüksək səviyyədə təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə təqdim olunub.