Məşhur aktyor Oktay Kaynarcanın adından dələduzluq edilib.
RegionTV.info xəbər verir ki, Tiktok sosial şəbəkəsində onun adından saxta hesab açılaraq zəlzələdən zərərçəkənlər üçün yardım toplanıldığı bildirilib.
Bunun üçün dələduzlar Kaynarcanın köhnə fotosunu saxta hesaba yerləşdiriblər.
Aktyor ona qarşı edilən dələduzluğu bilib və həmin səhifəni şikayət edib.