Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
RegionTV.info xəbər verir ki, o, bu barədə tvitterdə yazıb.
Nazir Azərbaycanın Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olduğunu bildirib.
"Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım", - diplomat qeyd edib.