RegionTV.info
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün Xerson şəhərinə ard-arda 10-dan çox raket hücumu olub.
“Hücum nəticəsində azərbaycanlı ailənin iki övladı da həlak olub. Onların kimliyi hələ ki məlum deyil”, - deyə jurnalist əlavə edib.
Məlumata görə, ötən gün Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə imzalanmış Strateji Hücum Silahları haqqında Müqavilədə ölkəsinin iştirakını dayandırdığını elan etdikdən sonra Ukrayna nüvə hücumuna qarşı hazırlığa başlayıb.