Bu gün Fələstinin şimalında 4.2 bal gücündə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, təkanlar İordan çayının qərb sahilinin şimalında və Qalileydə hiss edilib.
Yerli monitorinq mərkəzlərinin məlumatına görə, yeraltı təkanların episentri Aralıq dənizinin şərqində, 18 km dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alan yoxdur və dağıntı qeydə alınmayıb.