
Azərbaycan Respublikası Təhsil Nazirliyi qurumun aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Nərmin-H.N” MMC-dir.
Qalib şirkətə 1 mln 610,9 min manat ödəniləcək.
Qeyd edək ki, şirkətin 218,31 manat vergi borcu var.
“Nərmin-H.N” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 30 manat, qanuni təmsilçisi isə Nəriman Hacıyev Asif oğludur.