Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Məmmədov Məhərrəm Oruc oğlu “Ziyad” kafesində tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.