Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2020-ci ilə sözardı…

Əkbər QOŞALI
21-ci yüzilin 21-ci ilinin ilk ayının ilk günlərini yaşayırıq… Gərgin, təlatümlü bir ilin ardından gələn yeni təqvim ilinə uyğunlaşmaqçün yəqin bir qədər keçməli, il öz üzünü göstərməli, xasiyyətini bəlli etməlidir. Necə deyərlər, hər ilin öz üslubü, dadı-tamı, yönü-yönəlgəsi var. Bir də rəsmi adı olur illərin – örnəyi, 2020-ci il bizdə Könüllülər İliydi. Belə bir söz var: “Bacarmadığın, edə bilmədiyin məqamlara yox, bacardıqlarına, uğurlarına köklən”! – Könüllülər İli, özlüyündə (ümumən könüllülük çalışmaları), sözün geniş anlamında məhz belə bir köklənməni fürsətə, şansa çevirməliydi, çevirdi də. Könüllü surətdə çalışırsan, arayır-axtarırsan, araşdırırsan, eləcə də, uğurlu bildiyin məqam­ları sıralayırsan, daha inamlı addım atırsan…


Könüllülər İlində Azərbaycan oğulları dəstə-dəstə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə idarələrə axın edərək, könüllü olaraq Orduya yazıldı, döyüşlərə getdi. “COVİD19”la özünütəcridə keçmiş cəmiyyət iyulda düşmənin Tovuza hücum cəhdi ilə silkələndi, generalın və silahdaşlarının şəhid olması ilə səfərbər oldu, meydanlara axışdı, düşmənə qəzəbiin miqyasını göstərdi. Könüllü oğullarımızın çoxu (İ.İsmayılzadənin məşhur şeirində deyildiyi kimi) “atları çimizdirməyə, qulançar yığmağa, moruq dərməyə” getmədi; əslində, o yaşda o həvəsdə olmaları çox normaldı. Amma ağsaçlı şair nə demiş? – “Əslində, əslində əslində deyil” (F.Sadıq)… Cavan könüllülərimiz Orduya, döyüşə yazıldığı günlərdə Vətən uğrunda hər şeyə hazır olmaqdan başqa həvəs (həvəskarlıq), peşə (peşəkarlıq) gözə görünürdümü?.. Vətən, öncə Vətən!  2020-ci ilin adı düz-dünyada “COVİD19” ola bilər, biz o adı o ilə yaraşdırmadıq, Könüllülər İli kimi Könüllülər İli, könül ili elədik! Amma ilbaşlarındakı mənasından daha dərin mənalar yüklədik Könüllülər İlinə. – Bu işi Dəmir Yumruq hesabına gerçəkləşdirə bildik!


Virus virusdur, ha gözəgörünəni ha görünməyəni; düşmən düşməndir – ha tibbi müstəvidə olsun, ha hərb müstəvisində. Özünü bizə düşmən sırıyan, lakin nə ləyaqətli hərb, nə ədalətli sülhdən anlayışı olmayan Ermənistan kimi bir düşməni tarix görməyib, ümidvaram, gələcək də görməz! Bu anlamda, 2020-ci il başarımız yalnız local deyil, qlobal məzmun daşıyır. Bizim faşizmə vurdğumuz zərbə bütün tərəqqipərvər bəşəriyyətin yararınadır. Biz, 2020-ci ildə, faşizmin 21-ci yüzildəki əsas təmsilçisi olan bir siyasi-hərbi düşərgəni ağır məğlubiyyətə uğratdıq. “Düşərgə” deyirəm, “rejim” də deyə bilərik, “uğursuz dövlət” də… Bütün hallarda Ermənistana dövlət demək günahdır, dövlət sözünə yazıq olur. Belə dövlətmi olar? – Elan edildiyindən bugünədək yıxılmağa yer gəzib, yardımlar, güzəştlər hesabına ayaqda durub. Əslində, Ermənistanın duruşu ayaqda durmaq da deyil heç, kiminsə ayağı altına yıxlmaqdır, “daban yalamaq”dır… Bir dövlət düşünün: ərazisi özünün deyil, əhalisinin dola­nışacağı xaricdən təmin olunur, demək olar, bütün strateji obyektlərinin mülkiyyət və işlətmə hüququ başqa ölkəyə məxsusdur, sınırlarını özü qorumur (qoruya bilmir), heç bir qonşusu ilə səmimi, normal münasibətə malik deyil, iddiası boyunu birə beş aşır… Üstəlik, bu dövlət monoetnik yapıya malikdir – nə hikmətsizliksə, Ermə­nis­tanda ermənilərdən başqasının yaşamasına dözülmür… Həmin Ermənistanın dörd yanındakı ölkələrdə ermənilər rahat yaşayır, Ermənistanın dörd tərəfi etnik zənginliyə malikdir. Ortada monoetnik anklav kimi, bayquş kimi Ermənistan durur. Çünki Ermənistan Ermənistan deyil, çünki ermənlər Qafqaz xalqı deyil – məzhəb saxta, əlifba saxta, tarix saxta, bayraq saxta… mətbəx özününkü deyil, dili də alınma sözlər hesabına bir təhər, bir təhər formalaşmaqdadır. Belə ölkəmi, xalqımı olar? Belə bir ölkə eyblərinə kor olub, qaxılıb oturmalıdır öz yerində. Yoxsa, saman altından su yeritməklə, pambıq içində dəmir pəyə gizlətməklə, tabutda silah daşımaqla uzağa gedə bilməyəcəklər. Uzaqdakı güclərin dəstəyini alıb, gör qonşularının hesabına ərazisini genişlədib, yekələnməkdən əl çəkməlidir Ermənistan. Yenə əslinə varsaq, “öz yeri” dediyimiz yer Ermənistanın deyil, Qafqazda ermənilərin öz yeri yoxdur. Onların bu coğrafiyada nə özü var, nə sözü, nə də közü… Buraların ocağını biz qalamışıq!


Bax, 2020-ci il belə bir bayquş dövlətə dərs vermə ili oldu.


Özü də, olay yalnız Ermənistandan ibarət deyil axı. Ermənistanın arxasında duranları bilmirikmi guya? Bilirik ki 2020-ci ildəki tarixi uğurumuzun arxasında dövlətimizin, şəxsən dövlət başçımızın görkəmli dövlət və siyasət xadimi olması, yüksək diplomat istedadı, beynəlxalq konyukturu dəqiq qiymətləndirməsi həlledici faktor oldu. Dövlət başçısı hadisənin, prosesin gedişinə təsir edən ortamın yaranması üçün şərtlər məcmusunu dərindən dəyərləndirdi, fərqli proseslərin, meyillərin qarşılıqlı bağlantısını analiz etdi və nəhayət, uğur qazandıq.


Əlbəttə, 2020-ci ildə əks-hücum qərarı verməkçün, daha öncələrdən yetərli gücün təmin edildiyini unutmamalıyıq. O güc, əsasən iqtisadi amilərlə bağlıydısa, eyni zamanda, beynəlxalq hüquqi, siyasi-diplomatik zəminlə bağlıydı; bağlıydı Ordu quruculuğunda əldə edilmiş sonuclarla. – Silah-sursat öz yerində, peşəkar hərbçi kadrların yetişdirilməsi həlledici amillərdən biriydi 2020-ci il uğurumuzda.


Bu uğurda xalqımızın dövlətcanlı, Vətəncanlı, Qarabağcanlı olmasının özünəməxsus üstün iştirakını da minnətdarlıqla vurğulayırıq!
 
Bax, bütün bu və bənzəri amillər, ortamyaradıcı faktorlar 2020-ci ili bzimçün Zəfər İli etdi.

Gərək Ermənistanda 2020-ci ili heç zaman unutmasınlar. Evcik-evcik oyunu ilə, Arayik-marayiklə bizə diş qıcamaq bihudə işdir, iş deyil heç..!

2020-ci ili könüllülər hesabına, Dəmir Yumruq hesabına, dövlət-xalq birliyi hesabına Qarabağ İli etməyi bacarmış Azərbaycan Dövləti, 2021-ci ili Dərin Qarabağ İli etməyi də bacarar. İlin rəsmi adı necə olacaq bilmirəm – bəlkə Böyük Qayıdış, bəlkə Dönüş, bəlkə Qarabağ İli adlandırılacaq – bu dövlət başçısının qərar verəcəyi məsələdir; mənim bildiyim odur ki, ötən illər boyu necə adlandırılmasından asılı olmayaraq, dövlətimiz, xalqımız hər il, hər ay, hər gün Qarabağ üçün çalışıb. – Hər şey Qarabağ üçün olub! Yoxsa, Erəmistanın öz havadarları hesabına 30 il boyunca qarşımıza çıxardığı yığın-yığın problemi 44 gün içində sıradan çıxarmaq   mümkün olardımı?

Dövlət baba var olsun!

Ordumuz var olsun!

Şəhidlərimizin ruhuna əbədi ehtiramımız var olsun!

Yaralı qazilərimizə sağlıq diləklərimiz var, dəstəyimiz var. Çuvaşların məşhur deyimi kimi: Epir pulna! Pul! Pulatpır! – Vardıq! Varıq! Var olacağıq! Saxalıların dediyi kimi: Uruy-Ayxal! – Vətənə eşq olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də