Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə sərnişindaşımada sürücülər “simurq” kompaniyasını planı qaldırmaqda ittiham edir- Bəs Dövlət Vergi Xidməti hara baxır?

RegionTV.info

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Bu qərar ictimai nəqliyyat xidmətləri göstərən daşıyıcı şirkətlərin Tarif (qiymət) Şurasına etdikləri müraciət müraciət əsasında qəbul edilib.

Şura təklifləri müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik (əvvəlki tarif 30 qəpik), müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarifi 60 qəpik (əvvəlki tarif 50 qəpik) səviyyəsində müəyyənləşdirib.

Son zamanlar tarif şurasının yarattmış olduğu qiymət böhranı indi dövləti, eləcə də cavabdeh qurumları daha ciddi düşünməyə məcbur edib. 

Vergidən yayınan gəlirlər, insanların rifah halının yaxşılaşdırılması ən aktual məsələ kimi gündəmə gəlib. Belə olan halda təbii ki, diqqət ilk növbədə büdcədən və vergidən, eləcə də digər social ödəmələrdən yayınanlara yönəldilməli və şəffaflığın təminatı üçün ciddi tədbirlər görülməlidir. Amma ölkənin ikinci şəhəri olan Gəncdə elə müəssisələr var ki, onlar nəinki fəalliyyətinə çəki-düzən vermək istəyir, əksinə daha böyük saxtakarlıqlara yol verirlər.

Bu mənada adı həmişə korrupsiyada hallanan “Simurq kompaniya”sı ön sırada dayanır. Kompaniyanın əsas fəaliyyəti Gəncədə nümunəvi sərnişindaşınmanı təmin etmək olsa da burada bu işdən başqa bütün neqativ hallara, qanunsuzluqlara yol verilir, özbaşınalığa meydan açılır.

Əslində şəhərin ümumi simasının tamamlanmasında nəqliyyat böyük önəm daşıyır. İstər xidməti, istərsə yeniliyi və komfortluğu baxımından. Təəssüf ki, bu barədə uzun illərdir Gəncədə düşünmək istəyən olmayıb və kompaniyanın fəaliyyəti başlı-başına buraxılıb.

Bu qiymət artımından sonra Gəncədə “Simurq” kompaniyasının avtobuslarında çalışan sürücülərin gündəlik planını 120 manatdan 150 manata qaldırıb.

Bu haqda sözügedən kompaniyada çalışan sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olmaqda davam edir.

Sürücülər şikayətlərində qeyd edirlər ki,tarif şurası qiymətləri qaldıran kimi “Simurq” kompaniyasının idarə edən Fuad Babyev adlı şəxs sürücüləri qaraja yığaraq bildirib ki, sabahdan 120 manat yox 150 manat ödəyəcəksiniz.Bu qərara sürücülər etiraz edərək bildiriblər ki,nəqliyyat vasitələrinin yanacaq təchizatı və təmirini də biz sürücülər ediriksə nədən sizə əlavə olaraq bu qədər haqq ödəməliyik?

Bundan başqa sürücülərlə əmək müqaviləsi bağlanılmadığından onlara nə maaş veririlir nə də ki, Dövlət Sosial Müdafiə Fonduna eləcə də Dövlət Vergi xidmətinə heç bir vergi ödənilmir.

Bəs görəsən vergi və əmək müfəttişliyinin işçiləri hara baxır? Onların maraqlarını ödəyən nədir ki, bu qədər vəsaitin təyinatına uyğun yönəldilməsini təmin etmək istəmirlər? Axı bugün büdcəyə bir manatın belə xeyiri var. Biz deməsək də təbii ki, maraqlar məlumdur və şəxsi cib büdcədən, səxsi mənafe isə ümumi mənafedən üstündür.Əgər belə deyilsə hər gün xəttə çıxan 150 avtobus sürücüsünün 150 manatdan ödədiyi pullar hansı hesaba və kimlərin cibini doldurur? “Gəncə Simurq-Kompaniyası”nın yönətim rəhbəri Fuad Babyev sürücülərə deyib ki, kimə və hara şikayət edirsinizsə edin.Biz hər bir dövlət qurumunun vaxtlı-vaxtında haqqını veririk.

Əgər bu kompaniyanın nəzdində fəaliyyət göstərən 30-dan artıq təmir sexini, ehtiyat hissələrin satışı ilə məşğul olan dükanları, iaşə xidməti göstən obyektləri və onlardan alınan icarəni də bu rəqəmlərərə əlavə etsək ümumi gəlirin məbləğini müəyyən etmək elə də çətin olmaz.

Bu da hələ gəlirin tam olması deyil. Daha bir maliyyə fırıldağı isə oturacaqların sayının azaldılması ilə həyata keçirilir. Xəttə buraxılan hər nəqliyyat vasitəsinin oturacaq tutumu 18-20 olsada bu texniki pasportda 16 göstərilir və bütün xərclər pasportdakı sayla hesablanır. Üstəlik Gəncədə də ayaqüstə gedən sərnişinlərin sayı yetərincədir. Belə olan halda Gəncə DYP-nin susqun olması da anlaşılan deyil.

Yuxarıda qeyd edilən nöqsanlardan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin xəbəri olsada amma nədənsə bir tədbir görmürlər.

Belə ki,avtobusların çirkli olması, sürücülərin siqaret çəkməsi, telefonla danışması, təyin olunan qrafiklərə riayət edilməməsi və s. məsələlərlə bağlı lazımi tədbirlər görülmür,xətt sahiblərinə və sürücülərə xəbərdarlıqlar edilmir.

“Simurq kompaniya”sının rəhbərliyinin “Burda mənəm, Bağdadda kor Xəlifə” düşüncəsi əslində sürücüləri çörəksiz qoymaqla yanaşı həm də dövlət meydan oxuması deməkdir.

Redaksiya olaraq inaırıq ki, bu özbaşınalıq mütləq  lazımı dövlət  orqanları tərəfindən araşdırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Bu gün biz də Dünyanınsəsi.az olaraq dövlətin və ehtiyaclar içərisində çabalayan əhalinin yanındayıq. Elə bu üzdən də “Gəncə Simurq-Kompaniyası” adlı sərnişin daşıma müəssisəsində araşdırma nəticəsində əldə etdiklərimizi səlahiyyət sahiblərinin diqqətinə çatdırmağı lazım bildik.

Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də