“Bu gün həmkarımla uzaqmənzilli raketlərin tədarükünü müzakirə etdik”.
RegionTV.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Cozef Baydenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna ABŞ-dan güclü hərbi dəstək gözləyir:
“Uzaqmənzilli silahlar bizim üçün çox vacibdir. Rusiyanın şansı yoxdur. Biz şəhərlərimizi, xalqımızı Rusiyadan birlikdə qoruyacaq və qələbəmiz üçün imkanları gücləndirəcəyik”.
Zelenski söyləyib ki, Ukrayna və ABŞ-ın müharibə ilə bağlı mövqeyi eynidir:
“Biz, həmçinin Rusiyaya qarşı təzyiqlər barədə də razılığa gəldik. Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq. Bu da çox vacibdir”.
Qeyd edək ki, Bayden Kiyevdə səfərdədir.