Bu ilin aprel-iyun aylarında Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır.
RegionTV.info xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına əsasən təlimlərə 1000-ə yaxın hərbçi cəlb olunacaq. Buna səbəb onların döyüş bacarıqlarını təkmilləşdirməkdir.