Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”

“İşğaldan azad edilmiş ərazilərə istər yol infrastrukturunun, istərsə də dəmiryolu infrastrukturunun genişlənməsi, şaxələnməsi istiqamətində 2022-ci ildə kifayət qədər əhəmiyyətli investisiyalar yatırılıb”.

RegionTV.info   xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan, ümumiyyətlə, regionun inkişafı üçün prioritet olduğu vurğulanıb:

“Bu istiqamətdə konkret olaraq Horadiz-Ağbənd dəmiryolunu qeyd etmək istərdim. Burada işlərin böyük əksəriyyəti, əhəmiyyətli bir hissəsi artıq 2022-ci ildə başa çatıb. Qarşıdan gələn illər ərzində, yəni 2023-2024-cü illərdə bu layihənin tam şəkildə, yəni ən azından Azərbaycan hissəsinin başa çatdırılmasını planlaşdırırıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də