Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.
RegionTV.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı prosesin təxirə salınmasını istəyib.
O, sənədlərin tədqiqi ilə bağlı əlavə vəsatətlər verəcəyini bildirib. Hakim vəsatəti məqbul hesab edib. Proses fevralın 24-ə təxirə salınıb.
Qeyd edək ki, sənədlərin tədqiqindən sonra dövlət ittihamçısı S.Müslümova cəza istəyəcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.