RegionTV.info
Mingəçevir şəhər 11 illik Musiqi məktəbinin direktoru Vüsal Məmmədov bəzi sosial şəbəkə istifadəçilərinin rəhbərlik etdiyi məktəblə bağlı yazdıqları iddialara münasibət bildirib.
Direktorun sözlərinə görə ötən ildən başlalan əsaslı təmir işləri hələ tam başa çatmayıb. Kombi sisteminin quraşdırılması işləri gedir. Qaz təchizatı ilə bağlı layihə də hazırlanıb və podaratçı şirkətlə hazırda danışıqlar gedir. Bununla bağlı həm Mədəniyyət nazirliyi, həm də Bərdə Regional Mədəniyyət İdarəsi məlumatlıdır.
Əsaslı təmir layihəsinə uyğun olaraq binanın dam örtüyünün dəyişdirilməsi nəzərdə tutlub və dam örtüyü tam yenilənib. Hazırda heç bir problem yoxdur.
Ona görə də yazılanların heç biri həqiqəti əks etdirmir. Bu süni ajotaj yaratmaqdan başqa bir şey deyil və məqsədləri aydındır. Əgər belə olmasaydı, onlar məktəb rəhbərliyinin və ya Regional Mədəniyyət İdarəsinin mövqeyini öyrənərdilər.
Vüsal Məmmədov media təmsilçilərindən, eyni zamanda sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, onalara daxil olan məlumatları dəqiqləşdirmək üçün qarşı tərəfin mövqeyini öyrənsinlər.Mənbəyi bəlli olmayan,uydurma və qərəzli məlumatları dərc etmək həm hüquqi, həm də etik baxımdan düzgün deyil. Bu həm də məsuliyyət yaradan hallardı.
Fotolar 20 fervral 2023-cü il tarixdə çəkilib.