İsveçrə NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə 2023-cü ildə kollektiv müdafiə sahəsində birgə təlimlərin keçirilməsi planlarını müzakirə edir.
RegionTV.info xəbər verir ki, bunu müdafiə, əhalinin müdafiəsi və idman naziri Viola Amherd "Le Temps" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, mart ayında NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdə əməkdaşlığın təşviqinə diqqət yetiriləcək.
“Biz bunu NATO və Aİ-dəki tərəfdaşlarımızla müzakirə edirik”, - o, kollektiv müdafiə təlimlərinin 2023-cü ilə planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualı cavablandırarkən deyib.