"Uzun illərdir “münaqişələri nizamlayırıq” , “atəşkəsə nəzarət edirik” , “hüquqları qoruyuruq” , “sülh naminə əməkdaşlığı təşviq edirik ” pərdəsi altında müxtəlif regionlarda kənar oyunçular aqressiv siyasətlə öz maraqlarını təmin edir. Kənar oyunçulara regionda sülh lazım deyil , çünki bu halda onların mövcudluğuna ehtiyac qalmır".
RegionTV.info xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva səsləndirib. O bildirib ki, bu üsullarla illərdir ressurslarla bol regionlarda sülhün, stabilliyin qarşısı alınır, yerli xalqlara bədbəxtliklər gətirilir:
"Odur ki, dünəndən “maraqlarını belə yolla təşviq edən kənar oyunçuların” şəbəkələrinin də narahat olması anlaşılandır. Bu günə qədər yaşananları da heç kim unutmur, amma irəliyə baxmaq lazımdır. Regionlarda sülh və stabillik vacibdir, bunun isə yolu əməkdaşlıqdan keçir".
Xəbəri paylaş