Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.
RegionTV.info xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş. Onların dəm qazından zəhərləndiyi ehtimal olunur.
Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva isə rəqqasə olub.
Həmin şəxslərin fotolarını təqdim edirik: