RegionTV.info
Bakı şəhərində iki ailənin yaşadığı evdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhərin Suraxanı rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 320 m² olan evlərdən sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 25 m² sahədə, 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları 35 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.
Yüksək temperaturdan evin 2-ci mərtəbəsində 1 otağın lambirdən ibarət tavanı 16 m² sahədə əriyib və 1-ci mərtəbəsində mətbəx əşyaları qarsalanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.