Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Adıyaman, Qaziantep və ətraf vilayətlərdə hiss olunub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 40 642 nəfər dünyasını dəyişib.