Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident: "Sülh müqaviləsində Qarabağ haqqında hansısa iddianın olması qəbuledilməzdir"

"Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu".

RegionTV.info  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı ABŞ-nın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüş haqqında sualı cavablandırarkən deyib:

"Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı iddianın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də