“Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq məmnunluq doğurur. Azərbaycanın Avropa İttifaqı ilə çox sıx əlaqələri var”.
RegionTV.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşündə deyib.
Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpa olunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini vurğulayıb.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü bildirib.