Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu tarixdə Ağalı kəndinə daha 20 ailə köçürüləcək

Fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.

RegionTV.info  xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O vurğulayıb ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu vaxta kimi işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə 66 ailə köçürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də