RegionTV.info
Müdafiə Nazirliyinin 2023-cü il üzrə tədbirlər planına əsasən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin ADA Universitetinə səfəri təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Burada yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlara universitetin tarixi, inkişaf mərhələləri, missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı brifinq təqdim edilib.
Tədbirdə çıxış edənlər ADA-da tədris olunan fakültələr və ixtisaslar barədə danışıblar.
Hərbi atteşeləri maraqlandıran suallar universitet nümayəndələri tərəfindən cavablandırılıb.
Qonaqlar ziyarətin yüksək səviyyədə təşkil olunmasına görə ADA Universiteti və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.