RegionTV.info
Bakıda 7 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Belə ki, paytaxtın Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhudiyyətlər qoyulub.
Qeyd edilib ki, bu məhdudiyyətlər səbəbindən 6, 10, 18, 31, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar alternativ küçə və prospektlərdən istifadə edirlər.