Türkiyənin "Hatayspor" klubunun qanalı futbolçusu Kristian Atsunun cansız bədəni dağıntılar altndan çıxarılıb.
RegionTV.info xəbər verir ki, bu barədə futbolçunun meneceri Murat Uzunmehmet özünün tvitter hesabında məlumat yayıb.
"Kristian Atsu tapıldı və təəssüf ki həyatını itirib".
Qeyd edək ki, Atsu "Çelsi", "Everton", "Nyukasl" kimi klublarda çıxış edib.