RegionTV.info
Suriyanın şərqində yerləşən Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.
Bu barədə cümə günü Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.
“İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub” – deyə məlumatda bildirilib.
Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyü barədə məlumat verib.