Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Yıldırım kosmosda yerləşdirilən və 7-8 bal gücündə süni zəlzələlər yarada bilən silahın mövcud olduğunu açıqlayıb.
RegionTV.info xəbər verir ki, Yıldırım belə silahın necə hazırlandığını görüb:
O bildirib ki, süni zəlzələlər yaradan silah zahirən elektrik dirəklərinə bənzəyən iti ucu olan titan ərintisindən hazırlanmış çubuqlarla Yerə bir növ “atəş açır”. Onların uzunluğu 8-10 metrdir.
Yerə düşən bu çubuqlar beş kilometr dərinliyə batır və yeraltı təkanlara səbəb olur.