Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə səfiri: “Bakının humanitar yardımı bu gün Qarsda olacaq”

Ötən gün Bakıdan yola salınan 26 vaqonlu humanitar yardım bu gün Türkiyənin Qars şəhərinə çatacaq.

RegionTV.info  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tvitter hesabında yazıb.

“Bakıdan yola saldığımız 26 vaqonlu humanitar yardım qatarımız Gürcüstanın Axalkalaki stansiyasına çatdı və sabah (bu gün - red) Qarsda olacaq”, - səfir dünən sosial şəbəkə hesabında qeyd edib.

"Qardaş köməyi" və "Türkiyə Əsri" Birlik və Həmrəylik Platformaları Azərbaycanla ölkəmiz arasında qardaşlıq körpüsü yaradıb. Əlləri və ürəkləri birləşdirirlər. Hər gün onlarla yük maşını ərzaq, çadır, adyal, qızdırıcı və 2 gündür konteyner daşımaqdadırlar.

Var olun”, - diplomat əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də