Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BAKU.TV 5 yaşında

RegionTV.info

BAKU.TV 5 il əvvəl ilk və dəqiq xəbər mənbəyi olmaq üçün yola çıxdı. Hadisə yerindən reportajları, eksklüziv süjet və müsahibələri, peşəkar yanaşması ilə izləyicisinin güvənini qazanmağı bacardı.

Qısa zamanda kiçik komanda ilə böyük uğurlara imza atan BAKU.TV-nin auditoriyası müəllif verilişləri və araşdırmaların sayəsində daha da genişləndi.

“Qarabağ xronikası”nda ermənilərin iç üzünü açan faktlar ortaya qoyuldu, “Üzbəüz”lə ölkə gündəmindəki ən önəmli hadisələr ekspertlərlə müzakirə olundu, “Arzunun vaxtı”nda ən qəribə həyat hekayələri işıqlandırıldı, tarixi torpaqlarımızın adının yaşadılması üçün isə “Qərbi Azərbaycan xronikası” layihəsinə start verildi.

Kanalın rus redaksiyası isə artıq 2 ildir fəaliyyət göstərir. BAKU.TV Ru-nun Azərbaycanla bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yaşayan rusdilli auditoriyaya çatdırılmasında böyük rolu var.

Naxçıvan Muxtar Respublikasında bürosunu açan BAKU.TV bununla da ölkənin bütün bölgələrindən operativ xəbər vermək məqsədinə nail oldu. Həmçinin kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdəki xüsusi müxbirləri son məlumatları izləyiciyə çatdırır.

BAKU.TV komandası artıq öz yetişdirdiyi gənclərlə böyüyür. Müasir mediada çalışmaq istəyən, jurnalistikaya marağı olanlar üçün başladılan "BAKU.TV Rəqəmsal Media Məktəbi" savadlı, istedadlı gəncləri kəşf edərək bir araya toplayır. Azərbaycan mediasına yeni simalar qazandırmağı hədəfləyən layihənin bir neçə məzunu artıq burada çalışır.

Son bir ildə ard-arda qazandığı uğurları ilə yadda qalan kanal 2022-ci ilin noyabr ayında Audiovuzual Şuranın verdiyi lisenziya əsasında kabel televiziyalarında yayımlanmaq imkanı əldə etdi. İlk olaraq "Connect TV"də yayıma başlayan kanalı tezliklə digər kabel televiziyası abunəçiləri də izləyə biləcək.

“Global Media Group”un tərkibində olan BAKU.TV 2022-ci ilin dekabrında ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görüldü.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də