Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Partlayıcı maddələr zavodunun dəyəri açıqlanıb

Azərbaycanda dəniz kənarında gənclər şəhərciyinin inşası və adının Heydərabad adlandırılması təklif olunur.

 

RegionTV.info  xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Azər Badamov parlamentin fevralın 17-də keçirilən plenar iclasında çıxış edib.

 

O xatırladıb ki, bir vaxtlar Yaşmada, dəniz kənarında gənclər şəhərciyinin tikilməsi gündəmə gəlmişdi:

 

"Lakin sonradan təxirə salındı. Hesab edirəm ki, şəhərciyin inşa edilməsi məsələsi yenidən gündəmə gətirilməlidir".

 

A.Badamov bildirib ki, Türkiyədə baş verən zəlzələ gələcək planların qurulması məsələsinə yenidən baxılması üçün zəmin yaradır:

 

“Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Bakının çox yüklənməsi səbəbindən insanlar tıxac problemindən əziyyət çəkirlər. Şəhərin mərkəzində çoxmərtəbəli binaların sayının artması bu problemi daha da artırır. Binaların bir-birinə çox sıx şəkildə inşasının təhlükəsizlik baxımından da heç bir normalara uyğun gəlmədiyini hesab edirəm. Əgər hər hansı fövqəladə hal baş versə, yarana biləcək vəziyyəti təsəvvür etmək çətin deyil”.

 

Deputat Yaşmada inşa olunmalı şəhərciyə paytaxt statusunun verilməsini də təklif edib:

 

“Bakıdakı müəyyən dövlət idarələri və universitetlərini oraya köçürmək olar. Təbii ki, bu da Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək olar. Həmçinin bu il Heydər Əliyev İli olduğunu nəzərə alaraq, yeni şəhərciyin cari ildə tikilməsinə başlamağı və oranı Heydərabad adlandırmağı təklif edirəm”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də