Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya XİN: “Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına fəal yardım göstəririk”

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına fəal yardım göstəririk”.

RegionTV.info  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə ölkələrimiz arasında münasibətlərin yeni keyfiyyətlərini özündə birləşdirən, gələcək illər üçün bütün əsas sahələrdə əməkdaşlığın inkişafı üçün əsas istiqamətləri müəyyən edən tarixi sənəddir. Rəsmi Bakı ilə Moskva arasında münasibətlər həm regional, həm də beynəlxalq müstəvidə sabitləşdirici amildir”, - o, bildirib.

Rusiya XİN rəsmisi vurğulayıb ki, bəyannamənin müddəalarının həyata keçirilməsi istiqamətində Azərbaycanla iş aparılır və sənədin imzalanmasının ildönümü ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də