Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xadimə işlədiyi evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 40 000 manata yaxın pul oğurladı

RegionTV.info

Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38 750 manat pulun qeyri-aşkar şəritdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə  DİN-in mətbuat xidmətindən bildirilib.

Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə qədər olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38 750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də