“İndiki zamanda əlillik təyinatı şəffaf şəkildə həyata keçirilir”.
RegionTV.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov saxta əlilliklərin ləğvi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bundan öncəki zamanda sui-istifadə halları olubsa, onlar aşkarlanır:
“Mütəmadi olaraq risk qrupuna aid olan şəxslər yoxlanılır. Bizim əsas məqsədimiz indiki dövrdə və sonrakı dövrdə əlillik təyinatına şəffaflığı tam təmin etməkdir. Eyni zamanda real əlilliyi olan şəxslərin çətinlik yaşamadan əlillik ala bilməsini təmin etməkdir. Ötən il ərzində 57 mindən çox şəxs əlillik təyinatı alıb”.