İtaliyanın baş naziri Corca Meloni gələn həftə Kiyevə səfər edə bilər.
RegionTV.info xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti yazır.
Bundan əvvəl Meloni Ukraynanın paytaxtına səfər etmək və fevralın 24-dək Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirmişdi.
Eyni zamanda qəzet xatırladır ki, qripə görə İtaliya hökumətinin başçısı həftənin sonuna qədər bütün görüş və səfərlərini ləğv edib.