ATƏT-in Minsk Qrupu formatını məhz Qərb ölkələri tarixin zibilliyinə atıb.
RegionTV.info-nun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ başda olmaqla Qərb ölkələri Ermənistan-Azərbaycan nizamlanmasının səylərini pozub.
“Minsk Qrupu formatı tarixin zibilliyinə məhz ABŞ və Fransadan olan həmsədrlərin uydurma bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırdıqdan sonra atılıb. Budur fakt. Onlardan heç bu cür fəaliyyətə görə başa düşülən izah da gəlməyib. Bunu nəzərə alaraq biz Bakı və İrəvana üçtərəfli format çərçivəsində yardım etməyə diqqətimizi yönəltdik. O ki qaldı ABŞ-ın vasitəçiliyinə, biz onun real addımlarla dolu olmasını, hansısa əlavə dəyərə malik olduğunu görmürük”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.