Türkiyənin Hatay vilayətinin Arsuz rayonundan 8,8 km məsafədə Aralıq dənizində zəlzələ olub.
RegionTV.info xəbər verir ki qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə zəlzələnin gücü 5.1 maqnituda olub.
Bildirilib ki, yeraltı təkanların ocağı 10,77 km dərinlikdə olub.