Türkiyədə daha bir zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələ Akdeniz ərazisində Türkiyə vaxtı ilə saat 14:16-da 4.7 bal gücündə baş verib.
Qeyd edək ki, fevralın 6-sı səhər saatlarında Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb.
108 068 nəfər isə yaralanıb.