RegionTV.info
“SOCAR Türkiyə” Türkiyədə zəlzələ qurbanlarına dəstəyini davam etdirir.
Faciənin ilk günündən təbii fəlakətdən zərərçəkənlər, habelə onlara yardım göstərən qurumlara köməyini əsirgəməyən şirkət bu dəfə Türkiyə və Azərbaycan teleradio kanallarının ortaq yayımında “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3.5 milyon türk lirəsi məbləğində ianə edib.
Bunu canlı efirədə SOCAR Türkiyə şirkətinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mikayıl Yusifov bəyan edib.
O, yaşanan faciənin ifadə edilməyəcək qədər böyük olduğunu qeyd edərək, Türkiyə və Azərbaycanın iki dövlət, bir millət olduğunu bir daha xatırladıb.