Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahibkar arvadını öldürən şəxsə hökm oxunub

Arvadını qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

RegionTV.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.

Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Nizami rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-i saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də