Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəlzələ olsa Bakıdakı hansı binalar uça bilər? - AÇIQLAMA - VİDEO

“Müstəqillik illərindən sonra Bakıda tikilən və tikilməkdə olan bütün binalar 8 ballıq zəlzələyə davamlıdır”.

RegionTV.info  xəbər verir ki, bunu Xəzər TV-yə müsahibəsində Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev deyib.

Onun sözlərinə görə, Assosiasiya yarandığı gündən paytaxt ərazisində tikilən yaşayış və qeyri-yaşayiş binalarında mütəmadi olaraq monitorinqlər aparır.

Çox az tikinti şirkəti var ki, onlar tikinti norma və qaydalarına əməl etmirlər. Əməl etməyənlər də Fövqəladə Hallar Nazirliyi tərəfindən istisimara qəbul olunmur. Yəni bina hazır olsa da, orda kommunal infrastruktur olmur.

Bəs ölkə ərazisində tikilən binaların zəlzələyə davamlılığı necə müəyyən edilir?

Ramiz İsayev deyib ki, yaşayış və qeyri-yaşayiş binası tikmək üçün hər bir şirkət tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bina tikmək planlaşdırılan ərazinin süxurlarından nümunələr götürülüb yoxlamaya aparılır.

Burada da yekun rəyi Fövqələdə Hallar Nazirliyinin Ekspertiza İdarəsi verir.

Bəs sovet vaxtı tikilən binaların vəziyyəti ilə bağlı araşdırma aparılıbmı?

Ramiz İsayev deyib ki, yaxın vaxtlarda Assosiasiya tərəfindən Azərbaycanda fəaliyyət göstərən bütün betonzavodlarda monitorinqlər aparılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də