Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun tikintisinə start verilib

RegionTV.info

Gəncədə yeni zavodun inşasına başlanılıb. 

Bu haqda 15 fevral tarixində məlumat verilib.

Ölkədə ilk dəfə sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavod olacaq. Müəssisə Gəncədə fəaliyyət göstərəcək. Ümumi sahəsi 5 min 665 kvadratmetr olan zavod Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilir. İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən müəssisənin inşasının bu ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Burada, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri – H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək. İlkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq, aylıq 500 ton, illik 6 000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır.

Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də