RegionTV.info
Fevralın 6-sı Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ səbəbindən dağıntıların altında qalan azərbaycanlı tələbələrin nəşi sabah - fevralın 16-sı Azərbaycana gətiriləcək.
Ölkəyə gətirilən tələbələrin dəfn yerlərini müəyyənləşdirilib.
Belə ki, Malatya şəhərindəki İnönü Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi Samir Quliyevin ailəsi Gədəbəydə yaşayır. Mərhum həmin rayonun qəbristanlığında sonuncu mənzilə yola salınacaq.
Universitetin magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıtda, eyni zamanda, 4-cü kurs tələbəsi Hüman İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.
Həmçinin universitetin sonuncu kursunda təhsil alan Şahin Vəliyev də Gəncədə dəfn olunacaq.
***11.31
"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri fevralın 16-da ölkəyə gətiriləcək".
RegionTV.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirilib.
Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb:
"Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".