Rusiya Dağlıq Qarabağda ermənilərin şəraitini yaxşılaşdəırmağa çalışır.
Modern.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, Rusiya Xilasetmə Xidməti Dağlıq Qarabağda 250-dən çox binanı yenidən qurub.
"İndiyədək 1 yaşayış binası, 245 fərdi ev, iki “dövlət” binası, bir infrastruktur obyekti və iki sosial obyekt daxil olmaqla 251 bina yenidən qurulub" deyə bildirlib.
Nazirliyin məlumatına görə, Dağlıq Qarabağda 2600-dən çox binanın yenidən qurulmasına ehtiyac var. Hazırda 15 yaşayış binasının, 183 fərdi evin, iki hökumət binasının və iki sosial obyektin yenidən qurulması üzərində iş aparılır.