Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə gecə yenə zəlzələ oldu

Türkiyənin Malatya şəhərinin Darende rayonunda 4,6 bal gücündə zəlzələ olub.

RegionTV.info  xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, zəlzələ yerin 12,48 km dərinliyində baş verib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də