Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudeslə görüşüb.
RegionTV.info xəbər verir ki, səfir bu barədə tvitter hesabında yazıb.
Səfir qeyd edib ki, görüş zamanı xalqlarımız arasında tarixi dostluq və mövcud əməkdaşlıq haqqında söhbət aparılıb.
Qeyd edək ki, Azərbaycan səfiri yanvarın 12-də etimadnaməsini Kuba Prezidentinə təqdim edib.